Ermənistan hakimiyyətində dəhşətli əhval-ruhiyyə müşahidə olunur.
Bu barədə "Jamanak" qəzeti hakimiyyət daxilindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, hərbi xidmətdə olmayan məmurların vəzifələri aşağı salınacaq, hərbi xidmətdə olmuş aşağı vəzifədə çalışan şəxslərin vəzifələri isə artırılacaq.
"Məsələ ondadır ki, yüksək vəzifəli şəxslərə hərbi xidmətdə olmayan nazirlər, onların müavinləri, şöbə müdirləri və digərlərinin siyahısı təqdim olunub. İnsanlar görür ki, hərbi xidmətə getməyənlər daha yaxşı yerlərdə işləyir. Buna görə də nəyin bahasına olursa olsun öz övladlarını orduya göndərməkdən imtina edirlər. Mənbəmizin məlumatına görə, 2018-ci ildə bu məsələdə ciddi dəyişikliklər gözlənilir. Hazırda İrəvanda dəhşətli təşviş müşahidə olunur", - deyə qəzet yazıb.
Mənbə: publika.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub