Qırğızıstanın cənubunda yerləşən Batken vilayətindəki mədəndə 3 nəfər dəm qazından ölüb.
Mynews.az respublikanın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ölənlərin hamısı yerli sakinlərdir. Onlar təqribən 90 metr dərinlikdə dəm qazından zəhərlənib.
Onların cəsədləri mədəndən çıxarılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. İlkin məlumata görə, ölən şəxslər qanunsuz kömür hasilatı ilə məşğul olublar.
Hadisənin təfərrüatları araşdırılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub