Türkiyənin İzmir əyalətinin Bornova rayonunda içərisində polis əməkdaşları olan avtomobilin qəzaya uğraması nəticəsində 2 polis ölüb, 3-ü yaralanıb.
Mynews.az Оxu.Az-a istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.
Qəzanın yaranmasına səbəb kimi polisləri daşıyan avtomobilin başqa bir avtomobil tərəfindən sıxışdırılması göstərilir.
Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildiriblər.
Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub