“Abdullah Gül adil rəhbərlik edir, mənim yenidən seçilib-seçilməyəcəyimə isə digər partiya rəhbərləri qərar verəcək”.
Mynews.az xəbər verir ki, bu bəyanatla “CNN TÜRK” telekanalında yayımlanan proqrama qonaq olan CHP partiyasının lideri Kamal Kılıçdaroğlu çıxış edib.
O, 2019-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağına dair suallara aydınlıq gətirib:"Biz demokratik partiya qurmuşuq, demokratiyanı ruhumuza həkk etmiş cəmiyyətik. Təbii ki prezident namizədimiz də var.
Keçmişə baxsaq, bir çox mövcud partiyalar artıq fəaliyyətini dayandırıb. Lakin partiyalar arasında CHP ən güclü partiya olaraq bu gün də öz siyasətini davam etdirir. Biz bütün qərarları demokratiya çərçivəsində müzakirə edib, qəbul edirik”.
Aparıcının "CHP-nin rəhbərliyinə Abdullah Gülü namizəd olaraq görürsünüzmü" sualına isə Kılıçdaroğlu belə cavab verib: “O, tərəfsiz bir rəhbərdir. Bu mövzuda, yəni 2019-cu ildə keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı onunla söhbətimiz olmayıb. Sonuncu dəfə 8-9 ay əvvəl onu ziyarət edib, bir çox mövzularda söhbət etmişdik. Zaman-zaman bizi tənqid etsə də, o, ədalətli rəhbərdir. Yeri gələndə neytral qalmağı bacarır. Bu sualın cavabını zaman göstərər.”
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub