Bəyə toy gecəsi ŞOK gəlin onu yatırdıb...

1433
Bəyə toy gecəsi ŞOK gəlin onu yatırdıb...

Türkiyənin Qaradəniz sahillərində yerləşən Çorum rayonunun Ortaköy Mahalı Aşdavul kəndində tükürpədici olay baş verib.

Milli.Az DHA-yaistinadən xəbər verir ki, toy gecəsi 27 yaşlı Səfa S. adlı suriyalı gəlin bəyi və ailəsini yuxu dərmanı ilə yatırdıb qızıl və toydan yığılan pulları götürərək qaçıb. Şikayət sonrası suriyalı gəlin polislər tərəfindən tutulub.

TƏFƏRRÜAT

Çobanlıq edərək dolanışığını təmin edən 34 yaşlı Eray Bolat evlənmək istədiyini dilə gətirdikdə Y.Ö. adlı bir tanışı "Madam ki, evlənmək istəyirsən, biz səni evləndirək. Qaziantepdə bir qız var, gəl səni ora aparaq, qızı da götürüb gələk" deyərək, çobanı razı salıb. Eray Bolat, atası Xəlil Bolat, böyük qardaşı Təməl Bolat və tanışları Ö, Y.Ö və Ş.K. ilə Qaziantəpə gediblər.

Burada Eray Bolat və Səfa S. ilə tanış olublar. Qadının qohumları olduğunu söyləyən kəslər 12 min 500 TL pul istəyiblər. Kürəkən namizədi Eray Bolat və ailəsi istənilən bu pulu veriblər.

Gəlinin yaxınları Erayın ailəsiylə birlikdə Çoruma gediblər. Çorumda da 6 min TL-lik qızıl, müxtəlif cür paltarlar və əşyalar alınıb. Gənclərin evlənmə ərəfəsində qız evi daha 7 min 500 TL pul istəyib. Bu pul da Erayın valideyinləri tərəfindən ödənilib.

Eray Bolat və Səfa S.-nin imam nikahının kəsilməsi əsnasında suriyalı ailədən biri "İmam nikahını biz kəsirik" deyərək sözdə nikahı kəsib, gəlini kənddə qoyaraq evlərinə qayıdıblar.

Gecə saatlarında Eray Bolat, anası Qəmər Bolat, atası Xəlil Bolat, gəlinləriylə birlikdə bir müddət oturub söhbət ediblər. Gəlin Səfa S. hazırladığı qəhvənin içinə yuxu dərmanı ataraq ailə üzvlərinə gətirib. Qəhvələri içən Bolat ailəsi yuxuya gedib. Pul və qızılları da götürərək evdən qaçan suriyalı gəlini görən kəndlilər dərhal polisə bildiriblər. Səfa S. onu götürməyə gələn 3 şəxs ilə birlikdə polislər tərəfindən saxlanılıb.

Oyandığında başına gələnləri polisə izah edərək şikayətçi olan Eray Bolat "Cəzalarını çəksinlər. Bunlar şəbəkəymiş, ətrafda bir çox adamı eyni üsulla aldadıblar. Alın tərimizlə əldə etdiyimiz qazancımıza gözn dikirlər. Mən 50 min TL-yə yaxın pul xərclədim. Qısacası, aldadıldım. Dərmanla bizi yatırdıb. Cəzalarını çəksinlər" deyib.

Mövzuyla əlaqədar istintaqın davam etdiyi bildirilir.

Xəbər lenti