Kataloniya müstəqilliyini elan etdikdən sonra bütün xalq küçələrə axışıb.
Publika.az xəbər verir ki, Barselona Parlamenti önündə toplanan kütlə müstəqilliyini bayram edib.
Müstəqillik elanının ardınca İspaniyanın Baş Naziri Mariano Racoy açıqlama verib.
O, tvitter hesabından verdiyi açıqlamada Kataloniyada hüququn suverenliyinin bərpa ediləcəyini bildirib.
***
İspaniya senatı Kataloniyanın "muxtar vilayət" statusundan məhrum edilməsi üçün səsvermə keçirəcək.
İspaniyanın Baş naziri Mariano Racoy senatorlardan Kataloniya Muxtar Vilayətinin birbaşa Madridə tabe edilməsini ehtiva edən layihəni dəstəkləməyi istəyib. O, Kataloniya rəhbəri Çarlz Puiqdemontu, köməkçilərini və nazirlərini vəzifədən kənarlaşdırmaq istədiyini açıqlayıb.

***
İspaniyada yerləşən Kataloniya Muxtar Vilayəti təktərəfli müstəqilliyini elan edib.
Publika.az xəbər verir ki, Kataloniya Muxtar Vilayəti parlamenti İspaniyadan ayrılmaq üçün gizli səsvermə keçirib.
Buna qarşı çıxan iqtidarın Xalq Partiyası, həmçinin, Sosialist və Yurddaşlar Partiyasının vəkilləri səsverməyə etiraz edərək parlament binasından ayrılıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub