ABŞ Türkiyəyə nota göndərərək həbs edilən baş konsulluğun nümayəndəsi Metin Topuzun mobil telefonunun geri verilməsini istəyib.
Publika.az xəbər verir ki, lakin mobil telefon Ali Məhkəmənin təlimatı ilə İstanbul Polis İdarəsinə aparılıb və şifrəsi qırılıb. Mobil telefondan çıxan vatsap qeydlərində “Rza Zərrab” adlı qrup yazışması ortaya çıxıb.
Metin Topuz bu qrupu yaratmaqla adı qeyd edilməyən ABŞ diplomatına azərbaycanlı iş adamı Rza Zərrabın həbs edilməsi ilə bağlı qəzet xəbərlərini göndərib. Danışıq 22 mart 2016-cı il tarixində həyata keçib. İngilis dilində aparılan danışıqlarda Rza Zərrab haqqında bütün bilgilər paylaşılıb.
Publika.az həmin yazışmanı təqdim edir:
- Metin Topuz: “Hürriyyət” qəzetinə görə, Rza Zərrab Mayamidə həbs edilib. İttiham: Amerikanın İrana tətbiq etdiyi iqtisadi embarqoya zərbə, bank fırıldaqçılığı, pul yumaq. Türkiyədə olan şirkətləri də araşdırmaya verilib. Ümid edirəm, Barak Obama hakimi təqsirləndirməz.
- ABŞ konsulluğunun nümayəndəsi diplomat K.: Vao Zərrab. FTB-mi, ya DEA dosyesimi? Söylədilərmi?
- M.T.: FTB…
- K.:Adamım. Böyük zərbə…
- M.T.: FTB-yə Türkiyədə şans diləyirəm. Türkiyədəki şirkətləri haqqında bilgi almağa çalışacaqlar.
- K.: Hahahahaha. Siyasi əlaqələri səbəbilə əyləncəli olmayacağına əminəm. Hətta orada daha yaxşı şanslar.
- M.T.: O, iranlı. Çox yaxında danışmağa başlayacaq.
- K.: İnşallah.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub