"WikiLeaks" təşkilatı ABŞ-ın mərhum prezidenti Con Kennedinin qətlinə dair ABŞ hökumətinin dərc etməyəcəyi məxfi sənədləri təqdim edən şəxsə 100 min dollar mükafat verəcək.
TASS-ın yaydığı məlumata görə, mükafat materiallar qanun pozuntusunu, yarıtmaz fəaliyyəti və ya ABŞ hökumətinin səhvlərini üzə çıxaracağı təqdirdə veriləcək. Bu barədə təşkilatın rəsmi "Twitter” səhifəsində məlumat yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın 1963-cü ildə qətlə yetirilən sabiq prezidenti Con Kennedinin ölümünə dair 2891 məxfi sənəd dərc edilib. Daha bir neçə min sənədin 2018-ci ilin aprel ayının sonuna qədər dərc ediləcəyi gözlənilir.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, cəmiyyət Kennedinin qətli bağlı daha dolğun məlumatlandırılmalıdır. Tramp eyni zamanda vurğulayıb ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədlərin bir hissəsi redaktə olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub