Bu ilin avqustunda Selena Qomez böyrək köçürmə əməliyyatı etdirib, ancaq bu haqda xəbər sentyabrda yayılıb.
Mynews.az xarici KİV-ə istinadən məlumatına görə, sənətçi NBC kanalında qonaq olarkən əməliyyatdan danışıb. Müsahibəyə Qomez rəfiqəsi, 29 yaşlı Fransi Raysoyla birlikdə qatılıb.
Müğənni ona böyrəyini verən və həyatını xilas edən rəfiqəsindən göz yaşları ilə danışıb:
"O, məni xilas etdi. Ona necə minnətdar olduğumu sözlərlə ifadə edə bilmərəm".
Qomez və Fransiya 2008-ci ildə "Disney"də keçirilən xeyriyyə tədbirində tanış olub. Onlar bir-birinə "bacı" deyir və hər zaman birlikdədirlər.



1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub