TRT-nin ingilis dilində yayımlanan TRT WORLD telekanalının əməkdaşları Lau Hon Menq, Mok Choy Lin ve Aunq Nainq Soe Myanmar parlamentinə yaxın bir ərazidə çəkiliş apararkən polis tərəfindən saxlanılıb.
Avropa.info xəbər verir ki, Myanmar rəsmiləri jurnalistlərə çəkiliş aparmaq icazələri olmadıqlarını bildiriblər. Bundan sonra, onlar həbs olunublar.
Sənədlərində hər hansı bir problem olmayan jurnalistlərin sorğusu hələ də davam edir. TRT WORLD rəsmiləri jurnalistlərin sərbəst buraxılması üçün lazımi cəhdlər göstərdiklərini ifadə ediblər.
Myanmanın Arakan bölgəsində yüzlərlə müsəlman, buddist dəstələrin hücumları nəticəsində həyatını itirib, təxminən 600 mini isə qonşu ölkə Banqladeşə sığınmaq məcburiyyətində qalıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub