"Atamla anamın məni müalicə etdirmək üçün pulları yoxdur. Mənə kömək edin!"
Pakistanın Sinqh vilayətindəki Miti şəhərində yaşayan Afşin Qumbarın 9 yaşı var.
Mynews.az milli.az-a istinadən bildirir ki, onun başı 90 dərəcə əyilib. Bu səbəbdən normal gəzmək və dayanmaq imkanlarından məhrum olan Afşin yaşıdları ilə oynaya da bilmir.
Onun dediyinə görə, uşaqlar ondan qorxur, görən kimi qaçırlar.
"Böyüklər isə deyirlər ki, başımın belə olması günahlarıma görədir. Məktəbə gedə bilmirəm. Evdə bacı-qardaşlarımlayam", - Afşin söyləyib.
Afşinin 6 bacı və qardaşı var.
Boynunda əzələ fəsadı olan Afşini müayinə edən yerli həkimlərin dediklərinə görə, onlar çarəni, müalicə yolunu bilmirlər.
Qızın atası, 55 yaşlı Allah Curio və anası, 50 yaşlı Cəmilənin dediklərinə görə, müalixə üçün pulları da yoxdur.
"Ailəmizdə işləyən yeganə adam böyük oğlumdur. Hamımız onun maaşı ilə dolanırıq. Afşinin müalicəsi üçün yardım istəyirik", - Cəmilə Qumbar deyib.
Afşinin atasının sözlərinə görə, onlara qızı Kəraçi şəhərindəki "Jinnah Post Graduate 2Medical" klinikasına aparmağı məsləhət görüblər. Amma kasıb ailə bunu edə bilmir.
Afşin qardaş və bacıları kimi normal doğulub. 98 yaşı olanda yızılıb, boynu əyilib. O vaxtdan bəri qız boynu əyilmiş vəziyyətdə gəzir.
Afşinin böyük qardaşı, 25 yaşlı Məhəmməd Yaqub isə bacısının müalicəsi üçün pul aradığını söyləyib.