Ər özündən 23 yaş böyük arvadını vəhşicəsinə öldürdü "Boşanmış" yazıbmış... -FOTOLAR

742
Ər özündən 23 yaş böyük arvadını vəhşicəsinə öldürdü "Boşanmış" yazıbmış... -FOTOLAR

Xəbər verdiyimiz kimi Türkiyədə qadın sürücü öz avtomobilində qətlə yetirilib.

Metbuat.az bildirir ki, hadisənin bəzi təfərrüatları məlum olub. Öldürülən qadın 62 yaşlı Selva Sağlam Yılmazdır. Araşdırma nəticəsində qadının özündən 23 yaş kiçik əri Əmrah Yılmaz tərəfindən öldürüldüyü məlum olub.

Polis qadının 6 güllə yarası aldığını bildirib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Selva Yılmazın sosial şəbəkədəki hesabı araşdırıldıqdan sonra bir neçə məqama aydınlıq gəlib. Onun ərindən boşanması üçün məhkəməyə müraciət etdiyi, sosial media hesablarında özünü "boşanmış" kimi təqdim etməsi məlum olub.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

 

Xəbər lenti