İngiltərənin Leyçesterşa bölgəsində yaşayan cütlük evlənmək üçün 40 il gözləmək məcburiyyətində qalıb.
Mynews.az qaynarinfo-ya istinadən xəbər verir ki, Bill Brukman və Madelin Kobörn 1978-ci ildə tanış olub. O dövrdə Billin 23, Medelinin isə 16 yaşı var idi, lakin qızın atası münasibətin daha da irəliləməsinə qarşı çıxaraq cütlüyün münasibətinə son verib.
İllər sonra məktəb layihəsində təkrar qarşılaşan köhnə cütlük bir-birilərinə yad kimi davranmağa davam ediblər. Lakin onların yolu 2008-ci ildə yenidən kəsişib və sevgili münasibətinə yenidən start verilib. Cütlüyün hekayəsini eşidən "BBC Radio 4" Billi verilişə dəvət edib və o, Madelinə evlilik təklif edib. Qadın bu suala cavab verməsə də, cütlük qısa müddət sonra nişanlanıb və 40 il sonra avqust ayında ailə həyatı qurublar.
Bildirilir ki, ayrı keçən illər ərzində Bill 1 dəfə evlənib və 2 uşaq sahibi olub, Madelin isə heç ailə həyatı qurmayıb.