İraqın şimalındakı Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini müvəqqəti olaraq muxtariyyətin baş naziri Neçrivan Barzani icra edəcək.
Mynews.az Оxu.Az-a istinadən xəbər verir ki, əyalətə yeni başçı seçilənədək qərarları muxtariyyətin parlamenti və ya Ədalət Şurası qəbul edəcək. N.Barzani isə həmin qərarların icrası ilə məşğul olacaq.
İraq Türkmən Cəbhəsinin üzvü, Ərbili təmsil edən depurtat Aydın Maruf Məsud bildirib ki, muxtariyyətin başçısı Məsud Barzaninin səlahiyyətlərinin parlament və ya Ədalət Şurasına verilməsi səs çoxluğu ilə qəbul edilib.
Onun sözlərinə görə, muxtariyyət parlamentinin qərarına əsasən, İraqın Şimalındakı Yerli İdarəetmənin Başçılıq Rəyasət Heyəti də ləğv olunub.
Ötən gün muxtariyyətin başçısı Məsud Barzani istefa verib. Onun vəzifəsindən getməsi ilə bağlı müraciəti parlamentdə oxunub. M.Barzani müraciətində qeyd edib ki, noyabrın 1-dən etibarən Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini icra etmək istəmir.
Onun istefası parlamentdə səs çoxluğu ilə qəbul olunub.
Xatırladaq ki, əyalətin başçısı vəzifəsini icra edəcək Neçirvan Barzani 1966-cı ildə İraqda anadan olub. O, 1984-cü ildə Tehran Universitetinin Siyasi Elmlər fakültəsini bitirib. 2006-2009-cu illərdə muxtariyyətdəki hökumətə başçılıq edib, 2012-ci ildən isə bu bölgənin baş naziridir. N.Barzani Məsud Barzaninin qardaşı oğludur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub