Qırğızıstanın Mərkəzi Seçki Komissiyası məhkəmə prosesi yekunlaşdığı üçün prezident seçkilərinin nəticələrini bazar günü elan etməyi planlaşdırır.
Mynews.az-ın məlumatına əsasən, bu barədə RİA Novosti-yə respublikanın MSK-dan xəbər verilib.
Qeyd edək ki, Qırğızıstanda prezident seçkilərinin nəticələrinin rəsmi elan edilməsi namizəd Toktayım Umetaliyevanın şikayəti nəticəsində başlanılmış məhkəmə prosesi ilə bağlı gecikib. Umetaliyeva Bişkekin 30-a yaxın seçki məntəqəsində nəticələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.
Xatırladaq ki, Qırğızıstanda prezident seçkiləri 15 oktyabr tarixində keçirilib. Sosial-demokratik partiyanın namizədi Sooronbay Jeenbekov 55% səslə qələbə çalıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub