Səudiyyə Ərəbistanında qadınlara stadiona daxil olmaq üçün icazə veriləcək. Mynews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən ölkədə artıq Riyad, Cidde və Damman şəhərlərindəki stadionlarda qadınlar ailələri ilə birlikdə təşkil ediləcək idman yarışlarını izləyə biləcəklər.
Səudiyyə Ərəbistanının idman idarəsindən verilən açıqlamada dəyişikliklərin 2018-ci ildən qüvvəyə minəcəyi bildirilib. Dəyişikliklərdə, həmçinin restoran, kafelərin açılması və kameraların yerləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu günə qədər Səudiyyə Ərəbistanında yalnız kişilərə stadiona daxil olmaq icazəsi verilirdi. Sözügedən dəyişikliklər bu ölkədə qadın hüquqlarının bərpası və onlara bir az daha azadlıq verilməsi üçün atılan son addımdır.
Xatırladaq ki, sentyabr ayında isə bu ölkədə qadınlara avtomobil idarə etmək icazəsi də verilib. Bunadək qadınların avtomobil idarə etmək icazəsi olmayan yeganə ölkə Səudiyyə Ərəbistanı idi.
Nəzərinizə çatdıraq ki, bu dəyişikliklərə Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman ölkəsini modernləşdirmək arzusu ilə imza atır.
İddia olunur ki, tezliklə adıçəkilən ölkədə konsertlər və film nümayişləri də yenidən başladılacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub