Adanada 28 oktyabrda küçənin ortasında öldürülən 21 yaşlı Berivan Minazın qatilini olay anında qızın mobil telefonu ilə yazdığı səs qeydi ortaya çıxarıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, səs qeydində qatilin "səni öldürümmü, silahı ağzına dirəyimmi?" dedikdən sonra bir atəşin açıldığı deyilir.
Qatilin ağzından atəş açaraq qızı öldürdükdən sonra avtomobili ilə evə gedib, paltarını dəyişdirərək xəstəxana morquna getdiyi və orada öldürdüyü qıza görə ağladığı da gələn məlumatlar arasındadır.
Onun cinayətdən bir həftə öncə azadlığa çıxdığı məlum olub.
İstintaq qrupu öncə Berivanın üzərindən çıxan əşyaları araşdırmağa başlayıb. Aparılan araşdırmalar zamanı Berivanın mobil telefonu tapılıb.
Polis mobil telefona baxış zamanı səs qeydləri əldə edib. Polis səs qeydlərini bir-bir araşdırmağa başladığı zaman bir audioda "Səni öldürümmü, ağzına silahı dirəyimmi" dedikdən sonra atəş açıldığını üzə çıxarıb. Qanun keçikçisi bu səs qeydinin Berivanın ölümündən dəqiqələr öncə yazıldığını aşkar edib. Polis Minazın son dəfə kiminlə görüşdüyünü müəyyən etməyə çalışıb.
Polis qızın öldürülmədən öncə Tarık O. (32), Muhammet Ö. (19), Tahsin S. və Murat T. (45) ilə bir barda əyləndiyini, daha sonra da Tarık O.-nun Minazı avtomobili ilə evə ötürmək üçün apardığını müəyyən edib. Həmin səs qeydinin də məhz Tarık O.-ya məxsus olduğu təsdiqlənib. Ancaq buna rəğmən Tarık O. Berivanı öldürmədiyini söyəyib.
Polis qatilin 2009-cu ildə bir cinayət törətdiyi üçün o vaxtdan bir həftə öncəyə kimi həbsdə yatdığnı aşkar edib.
Qanlı olayda adı çəkilən digər iki şübhəli sərbəst buraxılıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub