Ötən həftənin ən diqqətçəkən hadisəsi Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan zaman qaçan məhbuslar oldu.
Mynews.az metbuat.az-a istinadən sizə dünyanın müxtəlif ölkələrində bu hadisəyə bənzər film kimi həbsxana qaçışlarını təqdim edir:
Con Cillincer - Taxtadan yonulmuş və ayaqqabı boyası ilə qara rəngə boyanmış saxta tapança ilə həbsdən qaçıb.
1934-cü ilin 3 martında Conni çoxlu sayda polis və milli qvardiya hərbçiləri tərəfindən qorunan Kroun Poynt həbsxanasından qaçmağı bacarır. Hadisənin səhəri yerli qəzetlərdə məhkumun taxta silahın köməkliyi ilə qaçması xəbəri yayılır. O, taxtadan hazırlanmış silah ilə nəzarətçini təhdid edərək qapının açılmasına müvəffəq olur. Daha sonra isə bütün nəzarətçiləri kameraya yığaraq qapını bağlayır və sakitcə həbsxananı tərk edir.
Culian Şotard - Onu həbsxanaya gətirən furqonun aşağı hissəsində gizlənərək türmədən qaçır.
2009-cu ildə fransız Culian Şotard qeyri-adi üsulla həbsxanadan qaçmağı bacarır. Furqondan düşən məhkumlar sıra ilə içəri keçməklərini gözləyirlər. Cəld davranan Culian isə furqonun ən aşağı hissəsinə gələrək, düşdüyü furqonla da geri qayıdır. O, bu hadisədən bir müddət sonra polisə gələrək özü könüllü təslim olur.
Frenk Morris, Klarens və Con Enqlinin - Alkatrasdan qaçmağı bacaran yeganə məhkumlar.
11 iyun 1962-ci ildə Frenk Morris və Enqli qardaşları bu günə qədər mövcud olmuş ən çətin qaçış planını həyata keçiriblər. Gecə bütün məhbuslar yatandan sonra Morris və Klarens havalandırma şaxtası ilə yuxarı qalxır və bacaların birindən dama çıxırlar. Daha sonradan onlar damdan aşağı enərək əvvəlcədən hazırladıqları rezin qayıqlarla üzərək adanı tərk edirlər. Bu müəmmalı hadisə əsasında sonradan Hollivudda filml də çəkilib.
Paskal Payet - Üç dəfə vertolyotla həbsdən qaçmağı bacarıb.
Paskal Payet inkassator maşınının qarət edilməsi zamanı qətl hadisəsi törətdiyinə görə həbs edilib. 2001-ci ildə o, 30 illik azadlıqdan məhrum edilmiş və o zamandan bu yana üç dəfə həbsdən qaçmağı bacarıb. Sonuncu dəfə 2007-ci ildə həbsxananın damına 1 saat öncə Kann istirahət mərkəzindən pilot ilə birgə oğurlanmış vertolyot enir. Vertolyotu oğurlayanlar Paskal Payetlə əlbir olan şəxslər idi və cinayətkar onlarla birgə vertolyotla uzaqlaşmağı bacarır. Onlar Aralıq dənizinin sahilində pilotu sərbəst buraxırlar və o vaxtdan bu günə qədər onları bir daha görən olmayıb.