“Metsamor AES ən azı 2027-ci ilə qədər fəaliyyət göstərəcək”.
Mynews.az-ın məlumatına əsasən, bunu Ermənistanın prezidenti Serj Sarkisyan RİA Novosti-yə müsahibəsində bildirib.
“Hesab edirik ki, energetika sahəsində təhlükəsizliyi təmin etmək üçün Ermənistanda həmişə atom energetikası mövcud olacaq”, – deyə Sarkisyan əlavə edib.
Qeyd edək ki, Metsamor AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alınıb.
Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub