Nyu-Yorkda terror törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşıSayfullo Saipov ABŞ-ın Uber şirkətində taksi sürücüsü işləyib.
Mynews.az-ın məlumatına əsasən, bu barədə "Uber" şirkətinin yaydığı bəyanatda bildirilir.
Qeyd edilir ki, Saipov şirkətdə altı aydan artıq işləyib və bu müddətdə 1400-dən çox sifariş yerinə yetirib. Şirkət Saipovla əməkdaşlığın dayandırılmasının səbəbini açıqlamır.
"Uber"in bəyanatında Saipovun sürücülər üçün olan standart yoxlamadan keçdiyi və adının heç bir cinayət işində hallanmadığı vurğulanır.
Xatırladaq ki, Özbəkistan vətəndaşı Sayfullo Saipov oktyabrın 31-də Nyu-Yorkun Manhetten rayonunda yük maşınını kütlənin üzərinə sürüb. Daha sonra avtomobildən yerə düşərək insanlara atəş açmaqda şübhəli bilinir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub