Ukraynanın Luqansk vilayətində fermer fəaliyyəti ilə məşğul olan azərbaycanlı biznesmen Səməndər Quliyev öldürülüb.
Mynews.az bu barədə Report-a istinadən xəbər verir.
Biznesmenin meyiti vilayətin Popasnyanskiy rayonunun Ustinovka kəndi yaxınlığından tapılıb.
S.Quliyevin meyiti kəndin girişində, avtomobilində yerli sakinlər tərəfindən aşkarlanıb. Onun boynunda boğulma izləri olduğu bildirilib.
Azərbaycanlı biznesmen Popasnyanskiydə dəfn olunub.
Əslən Kürdəmir rayonundan olan 1969-cu il təvəllüdlü Quliyev Səməndər Qulu oğlu uzun illərdir Luqanskda yaşayırmış və rayon ərazisində xeyli torpaq sahəsinə, heyvandarlıq təsərrüfatına sahib imiş.
Xatırladaq ki, Luqansk vilayətinin Popasnyanskiy rayonu Ukrayna nəzarətindəndir və döyüş bölgəsindən kənardır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub