“Ölkə.Az” xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib. Nazirlik rəsmisi onu da vurğulayıb ki, Rusiya PYD kürd təşkilatının da Suriyanın gələcək taleyilə bağlı toplantılarda iştirakını vacib bilir.
“Biz Suriya məsələsində həmişə Türkiyəni vacib tərəfdaş kimi görürük. Həmişə türkiyəli mütəxəssislərlə birgə bu problemdən xilas yollarını axtarırıq. Lakin Suriya münaqişəsinin həllində PYD və digər kürd qruplarının da iştirakı vacibdir. Türkiyə bunu istəməsə belə, kürdlər bu danışıqlarda iştirak edəcəklər. Çünki həmin kürdlər Türkiyənin deyil, Suriyanın vətəndaşlarıdır. Suriya danışıqlarında, kürd, ərəb və digər etnik qruların iştirakını dəstəkləyirik”, - deyə M.Boqdanov bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub