Türkiyənin Muğla vilayətinin Bodrum ərazisində keçmiş əri tərəfindən öldürülən Gizem Olgunun sayca III məhkəmə prosesi baş tutub.
İş yerinə gedərək keçmiş arvadının boğazını kəsərək 27 yerindən bıçaqlayıb öldürən Mert Toprak barədə "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılmışdı.
9 il evli olduğu, bir mebel dükanında çalışan, mart ayında boşandığı 25 yaşlı bir uşaq anası olan keçmiş arvadı Gizem Olgunu öldürən Mert Toprakın onu tez-tez təhdid etdiyi də məlum olub.
Məhkəmədə danışan Mert Toprakın böyük qardaşı H. Toprak Olgunun sakit bir yerdə maşında başqa şəxslə cinsi əlaqədə olduğunu iddia edərək onları gördükdə dərhal olay yerindən sürətlə uzaqlaşdıqlarını deyib. O, daha sonra Mert Toprak ilə evə gedib yatdıqlarını və səhər yuxudan qalxdıqda qardaşını görmədiyini, cinayət xəbərini eşitdiyini deyib. Olgunun atası isə bu ifadədən sonra qəzəblənərək, qızına şər atıldığını deyib.
Vəkil Burak Murat Beyoğlu isə cinayətin planlaşdırılaraq törədildiyini və Whatsapp yazışmalarında da təhdid və şantaj dolu yazıların aşkarlandığını xatrıladıb. Vəkil cinayətkara ən ağır cəzanı istəyib.
Məhkəmə heyəti prosesi 21 dekabra qədər təxirə salıb.
Zorladıqdan sonra evlənmək məcburiyyətində qalmışdı
Qeyd edək ki, Mert Toprak Gizemi zorladıqdan sonra onunla evənmək məcburiyyətində qalıb.

milli.az
1
Bakıda avtomobildə gənc oğlanın meyiti tapılıb
1376 dəfə oxunub
2
Uşaqların sosial media asılılığı: Tarixi məhkəmə prosesi başladı
1314 dəfə oxunub
3
Bakıda avtobusda sərnişin ÖLDÜ
1310 dəfə oxunub
4
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb
1285 dəfə oxunub
5
Milli Məclisin növbəti plenar iclası başladı
1279 dəfə oxunub