Türkiyənin Baş naziri Binəli Yıldırım noyabrın 7-də ABŞ-a səfər edəcək.
Qafqazinfo Anadolu agentliyinə istinadla xəbər verir ki, 7-10 tarixlərində baş tutacaq səfər çərçivəsində Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşəcək.
Görüşdə əsas müzakirə mövzusu FETÖ, PKK/PYD və iki ölkə arasındakı viza probleminin həll edilməsi məsələləri olacaq. Bundan başqa, terrorizmə qarşı mübarizə, qarşılıqlı siyasi, iqtisadi, hərbi əlaqələr və miqrant böhranı da müzakirə ediləcək.
B.Yıldırımın həmçinin Vaşinqtonda və Nyu-Yorkda türkdilli xalqların, eləcə də müsəlman və yəhudi icmalarının təmsilçiləri, media qurumları, sərmayəçilər və iş adamları ilə görüşü nəzərdə tutulub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub