"Twitter"da intiharla bağlı paylaşımlar aparan şəxs insanları öldürüb.
GoldNews.Az xəbər verir ki, çərşənbə axşamı Tokionun cənubundakı Zamada bir evdə axtarış aparan polis 8-i qadın 9 nəfərə aid bədən hissələri tapıb.
Polis əvvəlcə 2 nəfərin başını bir buz qutusunda tapıb. Cəmi 9 kəsik baş və cəsəd olduğu bildirilib.
Hadisənin mahiyyətilə bağlı yeni təfərrüatlar ortaya çıxmağa başlayıb.
"The New York Times"ın yapon mediasına əsasən verdiyi xəbərə görə, nəzarətə alınan qatil Takahiro Shiraishi yay boyunca atasına həyatının mənasız olduğunu deyib və sonra özü kimi hiss edən insanları axtarmağa başlayıb.
27 yaşlı Shiraishi "Twitter"da intiharla əlaqəli yazan insanlarla əlaqəyə keçərək, qurbanlarını bu adamlar arasından seçib.
Yaponiya tarixində ötən il 19 nəfərin həyatını itirdiyi hücumun ardından baş verən ən qanlı hadisə kimi tarixə keçən kəsik baş cinayətini həyata keçirən şəxs bəzi qadınları öldürmədən əvvəl cinsi təcavüz etdiyini və qurbanların birindən 4400 dollar pul oğurladığını da etiraf edib.
Shiraishinin cinayətdən əvvəl qurbanlarını seçmək üçün "Twitter" hesabı açdığı və buradan intihara meylli adamlarla danışmağa başladığı qeyd olunub.
İntihar etməklə bağlı paylaşım aparan ilk qurbanını tapanda bədbəxt qadını görüşə çağırıb. Ancaq qadın görüşə sevgilisi ilə gedib.
Üçlü bir müddət birlikdə yaşadıqdan sonra Shiraishi qadını evinə yalnız gəlməsi üçün dəvət edib.
Shiraishi evdə ilk qurbanını öldürüb, ancaq sevgilisi qadına baxmaq üçün gəldikdə onu da öldürmək məcburiyyətində qalıb.
O, polisə verdiyi ifadədə "Əgər adam polisə qadın haqqında xəbər versəydi, şübhəli olacağımı düşündüm, buna görə onu öldürdüm" ifadələrini istifadə edib.
Rəsmilərin Shiraishinin evini tapması isə 23 yaşlı itkin düşmüş qadını axtarmalrı nəticəsində tapıblar.
"Twitter"a mənimlə birgə öləcək birini axtarıram yazan 23 yaşlı qadına cavab verən Shiraishi "Gəl birlikdə ölək"deyib.
Onunla əlaqədə olan başqa bir qadına çatan polis, o qadını qatillə görüşdürərək cəsədlərin olduğu mənzilin yerini öyrənib.
Bu zaman polis Shriaishi ilə itmiş qızın evin yaxınlığında yeridiyini görüb.
Evi nəzarətə alan polis bina xaricindəki portativ soyuq hava konteynerində iki kəsik baş tapanda dəhşət evi ortaya çıxıb.
Cinayətkar qurbanlarını doğrayaraq evdəki dondurucuda gizlədib. Polis 240 sümük parçası tapıb.
Polis mərkəzinə aparılarkən üzünü bağlayan Shriaishi yaxalanma qorxusu səbəbindən meyit parçalarını atmadığını söyləyib.
Avqust ayından bu yana doqquz insanı öldürən qatilin qonşuları evdən son dövrlərdə iyrənc bir qoxu gəldiyini deyib.