Qırğızıstan Respublikasının keçmiş baş prokuroru, hazırda ölkə parlamentində müxalifəti təmsil edən deputat Alida Salyanovanın qardaşı Ulan Salyanov güllələnərək öldürülüb.
Mynews.az Oxu.Az a istinadən xəbər verir ki, bunu keçmiş baş prokurorun vəkili Ulan Cumakov “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, maskalı və silahlı şəxslər Ulan Salyanovun mənzilinə hücum edərək, onu qətlə yetiriblər. Keçmiş baş prokurorun 1975-ci ildə anadan olmuş qardaşı aldığı güllə yarasından ölüb.
Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyi hadisəni hələlik şərh etməyib.
Müxalifətdə olan “Ata-Meken” Partiyasından deputat olan Aida Salyanova Bişkek şəhəri Lenin rayon Məhkəməsinin qərarı ilə bu il oktyabrın 10-da əmlakı müsadirə olunmaqla, 5 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq onun himayəsində azyaşlı uşaq olduğundan hökmün icrası körpələr 14 yaşına çatanadək təxirə salınıb.
Qeyd edək ki, 2016-cı ilin sonunda Qırğızıstan Respublikasının Baş Prokurorluğu A.Salyanovaya qarşı ədliyyə naziri işlədiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi açıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub