Türkiyənin Qaziantep rayonunda 24 yaşlı gənc qaçırdığı sevgilisinin qardaşı tərəfindən tapançayla öldürülüb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, sevgilisini ailəsindən istəyən, ancaq narazıçılıqla qarşılaşan gənc çıxış yolunu qaçırmaqda görüb. Ali Pire 19 yaşlı Sevda K.-ni qaçırıb. Bu səhər telefonla Sevda K.-yla əlaqə saxlayan ailəsi barışmaq istədiklərini bildirərək cütlüyü görüşmək üçün çağırıb.
Ali Pire və Sevda K. qaldıqları ünvanı verdikdən sonra hər iki ailə cütlüyün olduğu yerə gəlib. Evdə bir müddət söhbət edən ailələr sonra çölə çıxıblar.
Binanın önündə gözləyən Sevda K.-nin qardaşı Nuri K. tapançayla Ali Pireyə atəş açıb. Qardaşının silahından açılan atəş nəticəsində güllələrdən biri Sevda K.-nin yaralanmağına səbəb olub.
Ağır yaralı olaraq Qaziantep Universiteti Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan Ali Pirenin həyatını, həkimlərin müdaxilələrinə rəğmən xilas etmək mümkün olmayıb.
Polis olaydan dərhal sonra Nuri K. ilə adı açıqlanmayan bir qohumunu da saxlayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub