Türkiyənin Rize rayonunda dərs zamanı 16 yaşlı dostu Emir Taşı boğazını kəsərək öldürdükdən sonra intihara cəhd edən 9-cu sinif şagirdi B.K. haqqında istintaq prosesi yekunlaşıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, B.K.-nın telefonundan "Ölümümdən sonra istədiklərim" başlıqlı 38 maddəlik bir siyahı tapılıb.
Rize Ağır Cəza Məhkəməsi iddianaməni qəbul edib. İddianamədəki tükürpədici detallar diqqət çəkib. Prokuror qatilə 15 ilə qədər həbs tələbi ilə çıxış edib.
Qatilin telefonunda "Son 4 saat, 29 dəqiqə" yazılı bir qeyddə "İntihar istəyi daha da artır, psixoloji vəziyyətim pozulmuş vəziyyətdədir. Amma ən əyləncəli yeri qatil olmağım olacaq. Artıq sabah bu işi başa çatdırmaq lazımdır" sözləri yazılıb. B.K.-nın "16 cür intihar"dan da yazdığı məlumatlar arasındadır. Qatilin cinayətdən öncə İ. və E. adlı qızlara mesaj göndərib, sinifdən çıxmaqlarını istədiyi məlum olub.
İlk məhkəmə prosesi 12 noyabrda Rize Ağır Cəza Məhkəməsində baş tutacaq.