Türkiyənin Kırklareli rayonunun Babaeski qəsəbəsində 37 yaşlı Özkan E. iddiaya görə, evinin yataq otağında 39 yaşlı həyat yoldaşı Saadet E. ilə intim münasibətdə olarkən tutduğu 48 yaşlı aşpaz Ayhan K.-nı bıçaqlayaraq öldürüb.
Milli.az Milliyet-ə istinadən xəbər verir ki, həyat yoldaşını isə yaralayan Özkan E. polislər tərəfindən saxlanılıb.
Özkan E. iddiaya görə 1 uşaq anası olan həyat yoldaşı Saadet E.-nin son zamanlar onu aldatdığından şübhələnməyə başlayıb. Arvadını izləməyə başlayan Özkan E. dünən gecə "Gecə növbəsinə gedirəm" deyərək saat 20:00 radələrində evindən çıxıb. Bir yerdə gizlənən Özkan E. evinə gələn olub-olmadığını izləməyə başlayıb. Bu məqamda evinə bir kişinin girdiyini görən Özkan E. bir müddət gözlədikdən sonra açarla qapını açıb, evə girib. Yataq otağınaa yaxınlaşan Özkan E. həyat yoldaşı Saadet E. ilə Ayhan K.-nin intim münasibətdə olduğunu görüncə dəliyə dönüb. Özkan E. mətbəxdən götürdüyü çörək bıçağıyla Ayhan K. ilə arvadı Saadet E.-yə hücum edib. Hər ikisi aldıqları bıçaq zərbəsindən qan içində uzalı qalıb.
Qışqırıq səsini eşidən qonşuların xəbəri ilə olay yerinə polis və sağlamlıq personalı gəlib. İçəri girən polislər Özkan E.-ni güclə təsirsiz hala gətirərək nəzarətə götürüblər. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan yaralılardan aşpaz Ayhan K. həkimlərin müdaxilələrinə baxmayaraq dünyasını dəyişib. Saadet E.-nin müalicəsi isə davam edir.
Polis olayla bağlı istintaqa başlayıb.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub