Vyetnamın mərkəzi və cənub bölgələrini təsiri altına alan "Damrey" qasırğası nəticəsində azı 60 nəfər həyatını itirib.
15-dən çox sakin itkin düşüb. Metbuat.az-ın məlumatına görə, iki gün əvvəl başlayan qasırğa güclü külək və yağışlarla müşahidə olunur. Sürəti saatda 150 km-ə çatan külək 120 mindən çox tikiliyə ziyan vurub. Şiddətli yağışların əmələ gətirdiyi sel üzündən bəzi bölgələrdə torpaq sürüşmələri baş verib.
30 min hektar ərazi suya qərq olub. 50 min nəfər təxliyə edilib. "Damrey" qasırğası son 20 ildə ölkədə baş verən ən güclü təbiət hadisəsidir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub