Yəməndə İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təhdid edib.
Publika.az AFR agentliyinə istinadən xəbər verir ki, husilər Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəniz limanları, aeroportları və sərhəd-keçid məntəqələrini vura biləcəklərini açıqlayıb.
Xatırladaq ki, noyabrın 5-də Yəməndən Ər-Riyada ballistik raket hücumu həyata keçirilib. Səudiyyə Ərəbistanının havadan müdafiə üzrə anti-raket sistemi Ər-Riyad şəhərinin şimal-şərqində ballistik raketi zərərsizləşdirib.
Səudiyyə Ərəbistanı Yəməndən edilən ballistik raket hücumlarında İranı ittiham edib. Ər-Riyad Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən raket hücumunu İranın “müharibə elanı” kimi qiymətləndiriləcəyini açıqlayıb. Bəyanatda bildirilib ki, husilərin İranın dəstəyi olmadan belə bir hücum həyata keçirməsi qeyri-mümkündür.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr də İrana hər hansı formada mütləq cavab veriləcəyini vurğulayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub