Dünya Səhiyyə Təşkilatının (WHO) Afrikada ortaya çıxan xəstəliklə bağlı açıqlaması gündəmə damğasını vurub.
Afrikada bu ana qədər 127 adamın ölümünə səbəb olan “Qara taun” xəstəliyi haqqında açıqlama verən ölüm nisbətinin 88 faizə çatdığını və ölüm hallarının beş gündə 37 faiz artdığını bildirib. WHO, həmçinin Afrikada ortaya çıxan və bu ana qədər 127 adamın ölümünə səbəb olan, 1,300 insana yoluxan “Qara Taun” xəstəliyinin müalicəsi olmadığını, xəstəliyin ölüm nisbətinin yüzdə 88 faiz olduğunu açıqlayıb.
Başlanğıc əlamətləri atəş, üşütmə, baş və əzələ ağrısı olan “Qara taun” da kimi tanınan “Marburg virusu” xəstəliyi ebola bənzəyir. Çox vaxt ölümlə nəticələnir. WHO-nun saytından edilən açıqlamada, “Marburg virusu xəstəliyi xüsusi müalicəsi olmayan, ölüm riski yüksək olan nadir xəstəlikdir. Virus qan, sıc və xəstəlik yoluxmuş insanların və ya (meymun və yarasa kimi) heyvanların toxuması ilə birbaşa təmas yoluyla bulaşır” deyilib.
WHO xəstəliyin ilkin diaqnozu mərhələsində su itkisinin aradan qaldırılması və simptomatik müalicənin həyatda qalma şansını artırdığını, lakin hazırda virusu tamamilə təsirsiz hala gətirə biləcək bir müalicə olmadığını açıqlayıb.
WHO-nun Afrikadakı ofisindən Doktor Zabulon Yoti, “Təcili müdaxilə etmək, cəmiyyətin də tədbirlər görməsi çox mühümdür” – deyib və səhiyyə rəsmilərini yerli sakinlərlə birlikdə işləməyə çağırıb.
Qeyd edək ki, Sərhəd Tanımayan Həkimlər (MSF) sentyabr ayında başlayan yoluxucu xəstəliyin müalicəsinin mümkün olduğunu söyləmişdi. Madaqaskarın ən böyük hava yolu şirkətlərindən biri olan “Air Seychelles” oktyabr ayının əvvəllərində uçuşlarını dayandırıb və Madaqaskar hava sahələri xəstəliyin yayılmasını əngəlləmək üçün sərnişinlərini səhiyyə yoxlamasından keçirməyə başlamışdı.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub