Şotlandiya hökuməti keçmişdə “mavi”lərin ayrı-seçkiliyə məruz qalmasına görə homoseksuallardan üzr istəyib.
A24.az-ın Reuters-ə istinadən məlumatına əsasən, bu barədə ölkənin birinci naziri Nikola Sterdjen bəyan edib.
“Bu qanunlar ləğv olunub, lakin onlar insanların bugünkü həyatına da təsir edir. Homoseksualların hüquqları ayrı insanlar tərəfindən yox, ölkə tərəfindən pozulub. Mən bu qanunlara və onların gətirdiyi ağrıya görə ölkə adından üzr istəyirəm”, – Sterdjen bildirib. Bundan əlavə Şotlandiya parlamenti homoseksuallara onların adlarını bərpa etməyi icazə verən qanun layihəsini qəbul edib.
“Üzrxahlıq qeyri-qanuni mühakimə olunanlara sakitlik gətirəcək və Şotlandiya tarixinin qara səhifəsini bir dəfəlik unutduracaq”, – “Stonewall” LQBT təşkilatının üzvü deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub