Dünya miqyasında uğurlu bətn köçürülməsi ilə dünyaya gələn uşaqların sayı 8-ə qədər artıb. Bu da ağıllara "bir kişinin bədəninə bətn köçürməsi edilərsə, onların da doğa bilməsi mümkün ola bilərmi" sualını gətirir. Amerikan Doğuş Mərkəzi rəhbəri Riçard Paulson bu suala çox müzakirə olunacaq bir cavab verdi: Bəli, mümkündür.
Mynews.az musavat.com-a istinadən bildirir ki, Texasda təşkil olunan bir konfransda çıxış edən Paulsona görə, kişinin bədənində də bətni yerləşdirmək üçün lazımi boşluq var. Qadın və kişilərin damar quruluşu da bir-birindən fərqsizdir. Bu səbəbdən də kişi bədəninə yerləşdiriləcək bir bətndə körpənin öz inkişafını tamamlaya bilməsi üçün heç bir maneə yoxdur. Daha sonra da qeysəriyyə əməliyyatı ilə körpələr kişilər tərəfindən dünyaya gətirilə bilər. Bu açıqlama ilə başlanan müzakirə və mübahisələr isə dünyanın gələcəyi ilə bağlı bir çox teoriyanı da paralel gətirir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub