ABŞ prezidenti Donald Trampın irəli sürdüyü vergi islahatlarına dair qanun layihəsi Senat tərəfindən hazırkı şəkildə qəbul olunmaya bilər.
Mynews.az Report-a istinadən xəbər verir ki, konqresmenlər vergi islahatlarının 2019-cu ilədək ertələnməsini təklif edirlər.
Qeyd edək ki, vergi islahatları ABŞ-da korporativ vergi dərəcələrinin 35%-dən 20%-ə endirilməsini nəzərdə tutur. Tramp vergi islahatlarının tezliklə həyata keçirilməsini istəsə də, onun hazırda bu işdə rəqibləri çoxdur.
Vergi islahatlarının 2019-cu ilə kimi uzadılmasının istənilməsinə baxmayaraq, 2018-ci ildə biznes üçün bir sıra güzəştlərin tətbiqi mümkündür. ABŞ hökumətinin bu addımı şirkətlərin investisiya proqramlarını ertələməməsi və vergi dərəcələrinin azaldılmasını gözləməməsi üçün edəcəyi bildirilir. Həmçinin, şirkətlərə kapital xərclərini dərhal mənfəət vergisindən çıxması üçün şərait yaradılacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub