Nyu-Yorkun polis idarəsinin rəhbəri Ceyms Onil Konqresə hökumətin prezidentə məxsus göydələnin mühafizəsinə sərf etdiyi 25,7 milyon dolları ödəmək xahişi ilə müraciət edib.
Mynews.az xəbər verir ki, bu barədə REN TV telekanalı məlumat yayıb.
Şəhər polis idarəsinin rəhbəri bildirib ki, hüquq-mühafizə orqanları Donald Trampın prezident seçkilərində qələbəsindən sonra Nyu-Yorkun mərkəzində Manhettendə yerləşən, ona məxsus “Trump Tower” göydələninin mühafizəsini gücləndirib.
Polis və yanğınsöndürmə xidməti ümumilikdə binanın mühafizəsinə 25,7 milyon dollar xərcləyib. Onil bildirib ki, Nyu-York yanğınsöndürənləri gələcəkdə bu məqsədlə ildə 4,5 milyon dollar, polislər isə gündəlik olaraq 127 mindən 146 min dollara qədər pul sərf edəcəklər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub