Bursanın Gemlik qəsəbəsində yüklədiyi 2 min 800 ton tökmə dəmir tozunu Qaradənizlə Konyanın Ereğli vilayətinə apararkən İstanbulun Şile rayonu ərazisində batan "Bilal Bal" karqo gəmisində dünyasını dəyişən gənc gəmi ustası İnegöldə dəfn edilib.
Üzgüçülük üzrə çempion olan Mert İlkmen qapı açılmadığı üçün digər personal ilə birgə gəminin içərisindən çıxa bilməyib. 23 yaşlı Mert İlkmenin cəsədi dəniz sularında yoxa çıxmasın deyə özünü iplə yatağa bağladığı məlum olub.
Ailəsi Mertin arzusunun kapitan olmaq olduğunu deyib. İlkmen Ayten və Ali İlkmen cütlüyünün yeganə övladı olub.
milli.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub