“Ölkə.Az” xəbər verir ki, bu barədə iraqlı millət vəkili Vian Dahil açıqlama verib. Onun verdiyi məlumata görə, İraq ordusunun İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyat nəticəsində 700-dən çox qadın saxlanılıb. Onun sözlərinə görə, saxlanılanlardan 512 nəfəri Rusiya, 200-ü isə Azərbaycan Respublikasının vətəndaşlarıdır.
“İraq ordusunun keçirdiyi əməliyyat nəticəsində 712 qadın İŞİD terror təşkilatı ilə əlaqəli olduğu üçün saxlanılıb. Onlardan 512-su Rusiya, 200-ü isə Azərbaycan vətəndaşıdır. Saxlanılanlar həbsxanaya yerləşdiriliblər”, - deyə millət vəkili bildirib.
Xəbərin ardından İraq hökumətindən məsələyə rəsmi münasibət bildirilib. İraqın Müdafiə Nazirliyi verilən informasiyanın həqiqətə tam uyğun olmadığını bildirib. Nazirlikdən bildirilib ki, İraq ordusunun keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının çox sayda üzvü saxlanılıb. Lakin saxlanılanların sayı və hansı ölkədən olmaları dəqiqləşdirilməyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub