Kiyev polisinin məlumatına görə, Azərbaycan vətəndaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb. Hadisə 20 gün əvvəl baş versə də, azərbaycanlını dünən yaxalamaq mümkün olub.

Məlumatda bildirilir ki, 26 yaşlı kişi 31 yaşlı Ukrayna vətəndaşını bıçaqla ürəyindən vuraraq öldürüb. Hadisə Kiyevdəki hostellərdən birində baş verib. Polisin ilkin versiyasına görə, onların hər ikisi sərxoş olub. Məişət zəminində münaqişə başlayıb və ardınca bıçaq zərbəsi gəlib. Hadisədən sonra qatil gizlənib və nəhayət, dünən pilis tərəfindən saxlanılıb.
Bildirilir ki, 26 yaşlı oğlan əvvəllər öz ölkəsində də qarət maddəsi ilə həbsdə olub. Qatilin adı açıqlanmasa da, ölkəsinin Azərbaycan olduğu bildirilib.

Saxlanılmış şəxs ilkin ifadəsində bildirib ki, ukraynalı mütəmadi olaraq onu təhqir edirmiş, xəbərdarlıq etməsinə baxmayaraq, nəticə çıxarmayıb və nəhayət, onu öldürməyə məcbur olub. (Bizimyol.biz)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub