Evinin hamamında uşaq dünyaya gətirdi, sellofan torbaya qoyub pəncərədən aşağı atdı.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin Çorum vilayətində baş verib.
Qızı dünyaya gələn kimi onu pəncərədən atan 18 yaşlı Münəvvər Məlikə həbs edilib.
Ailəsi ilə birlikdə yaşayan qızın uşağını necə öldürdüyü etiraf edib. O, evdə tək olduğu vaxt qəfildən ağrılarının başladığını deyib. Qızın sözlərinə görə, doğuş zamanı uşaq yerə düşüb və onun öldüyünü düşünərək torbaya qoyub pıncərədən atıb. Ailə üzvləri Münəvvərin vəziyyətinin pis olduğun görüb və təcili yardımla xəstəxanaya aparıblar. Hər şey də bundan sonra məlum olub.
Münəvvər hadisəni törətməkdən peşman olduğunu deyib. Uşağın cəsədi ekspertizaya verilib, onun dünyaya ölü gəlib-gəlmədiyini araşdırır.
18 yaşlı qız isə adam öldürməkdən həbs edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub