Ata oğlunu öldürən şəxsi məhkəmə salonunda bağışlayıb.
"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, məlum hadisə ABŞ-ın Kentukki əyalətindəki məhkəmələrin birində baş verib.
Belə ki, pizzada kuryer kimi çalışan 22 yaşlı Səlahəddin Jitmoud iş vaxtı bitdikdən sonra evinə gedərkən Trey Relford adlı şəxsin hücuma məruz qalıb və öldürülüb. Həbs olunan Relforda məhkəmə 31 il iş kəsib. Lakin qərar açıqlanarkən ölən gəncin atası qatili bağışladığını bildirərək, hər kəsi təəccübləndirib.
"İnandığım İslama uyğun olduğu üçün qatili bağışladım. Əgər sizə pislik edən birini bağışlamasanız, Allah heç bağışlamaz", - deyə o, bildirib.
Atanın bu addımı məhkəmədəki hər kəsi kövrəldib və hakim prosesə bir müddət ara verib.
Qatilə üzünü tutan ata, "Mən sənə əsəbiləşmirəm, insanları düz yoldan çıxaran şeytana əsəbiləşirəm və bu səbəbdən də səni bağışlayıram", - deyib.
Qatil isə bu hadisədən sonra göz yaşları içərisində Sombat Jitmoudu qucaqlayaraq, tutduğu əməldən peşman olduğunu söyləyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub