Konqo Demokratik Respublikasında qiyamçılar Gürcüstan silahlı qüvvələrinin ehtiyatda olan polkovnikini əsir alaraq ona görə bir milyon dollar tələb ediblər.
Mynews.az xəbər verir ki, bu barədə “Rustavi 2” məlumat yayıb.
Telekanalın məlumatına görə, yanvarın 27-də qiyamçılar iki helikopteri vurublar. Helikopterdən birinin sağ qalmış pilotu, gürcü polkovnik Soso Osuraulini əsir götürüblər.
Gürcüstan XİN-dən bu hadisə ilə əlaqədar hər hansı bir məlumatın olmadığını bildiriblər.
Konqonın şərqində fəaliyyət göstərən “23 mart hərəkatı” tutsi etnik azlığının maraqlarını təmsil edir. Hərəkat öz adını 2009-cu il sülh danışıqlarından sonra tutsi etnik azlığının qanuniləşdirildiyi və hazırkı ordunun tərkibinə daxil edildiyi tarixdən götürüb. Bir müddət sonra onlar yenidən qiyam qaldırdılar, qiyamın yatırılmasına BMT-nin qoşunları da cəlb edilib. Hazırda qruplaşma ilə sülh sazişi imzalanıb, amma Konqo hərbçiləri hərəkatın bəzi bölüklərinin sərhədyanı ərazilərdə fəaliyyət göstərdiyini, eləcə də Ruanda və Uqanda hakimiyyətindən dəstək aldıqlarını iddia edirlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub