Suriyanın Əl-Bab şəhəri “İslam dövləti” terror təşkilatının yaraqlılarından tamamən azad edilib.
Mynews.az TASS-a istinadən xəbər verir ki, bu bəyanat ilə Suriyanın Azadlıq ordusunun rəsmi nümayəndəsi Usama Abu Zeyd çıxış edib.
“Əl-Bab şəhəri Suriyanın Azadlıq ordusunun İŞİD ilə gərgin döyüşlərindən sonra tamamən azad edilib”, - onun sözlərini “Sky News Arabia” sitat gətirib.
Əl-Bab İŞİD-in Suriyadakı əsas dayaq nöqtələrindən biridir. Türkiyənin SQ və Suriyanın Azadlıq ordusu “Ərəfat qalxanı” əməliyyatı çərçivəsində son iki gün ərzində şəhəri azad etmək üçün qüvvələrini birləşdiriblər. Bir həftə öncə onlar şəhərin kvartallarına daxil olub, İŞİD yaraqlılarını oradan sıxışdırmağa müvəffəq olublar. Türkiyənin müdafiə naziri Fikri İşıq bir müddət sonra bu yaşayış məntəqəsinin rayonlarının yarısının türk və müxalifət ordusunun nəzarəti altında olduğunu bəyan etmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub