Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan idmanda milliləşdirmənin əleyhinə olmadığını açıqlayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, “NTV Spor”un qonağı olan dövlət başçısı bu praktikadan bütün dünyada istifadə edildiyini söyləyib. Onun fikrincə, milliləşdirməyə neqativ yanaşmaq faydalı deyil: “İngiltərə, Fransada əcnəbilər oynayır. Kaş ki, öz soyumuzdan olub, torpaqlarımızda yetişərdilər. Lakin bu olmursa və dünyanın bir gerçəyidirsə, buna mənfi baxmağın faydası olmaz”.
R.T.Ərdoğan Bolqarıstanda doğulan Halil Mutlu və Naim Süleymanoğlu kimi ağırlıqqaldıranların Türkiyə idmanına müsbət təsir etdiklərini xatırladıb. O, bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı Ramil Quliyevi örnək göstərib: “Əlbəttə, Türkiyə vətəndaşlığını qəbul edən şəxs zəif yox, güclü olmalıdır. Naim Süleymanoğlu, Halil Mutlu... Bunlar gəldi, nə oldu? Ağırlıqqaldırmada Türkiyəni bir addım irəli apardılar. Dəyişiklik yaşatdılar. Atletika tarximizdə son olaraq azərbaycanlı qardaşımız Ramil Quliyev çempion oldu. Efiyopiyalı qızımız bizə çempionluq gətirdi. Bunlar olduğu zaman digərlərini də irəli çəkirlər”.
Qeyd edək ki, Türkiyə yığmasının heyətində dünya çempionu olan Ramil Quliyev yarışdan sonra onu ilk təbrik edən şəxsin Rəcəb Tayyib Ərdoğan olmasına çox təəccübləndiyini açıqlayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub