BMT-nin baş katibi Antoniu Quterriş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün İraq və İrana yardım etməyə çağırıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, baş katibin müraciəti BMT-nin kommünikesində yayılıb.
“Baş katib zəlzələ nəticəsində itkilərdən və dağıntılardan məyusdur. Ehtiyac yaranarsa, BMT yardım etməyə hazırdır”, - kommünikedə vurğulanıb.
Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, təbi fəlakət nəticəsində İranda 200 nəfər ölüb, 1600 nəfər isə yaralanıb. Zəlzələ nəticəsində İraqda 4 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb. Ölən və xəsarət alan şəxslərin sayının artacağı istisna deyil.
Daha çox dağıntı İranın Kirmanşah və İlam əyalətlərində olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub