Bu ilin iyul ayında Qazaxıstanda çəkilmiş video ətrafında mübahisələr hələ də səngiməyib. Videokadrlar sosial şəbəkə istifadəçilərini də şoka salmaqda davam edir.
Qazaxıstanın Jarmin rayonunun Kalbatau kəndində, əslində, nə baş verib? Hamı bu sualın cavabını axtarır.
Mynews.az bizimyol.biz-ə istinadən xəbər verir ki, dəhşətli təbiət hadisəsinin geniş ərazidə deyil, sadəcə, kiçik bir kəndin hüdudları daxilində baş verməsi mistik izahlara da yol açıb. Üstəlik, metereoloqlar da bu hadisəni dürüst şəkildə izah etməkdə çətinlik çəkirlər.
İnsanların mömin kəsimi bunu axirətin əlaməti kimi təqdim edirlər. Onların fikrincə, Tanrı məhz dünyanın axırının yaxınlaşdığını və axirətin belə olacağını xəbər vermək istəyib. Videodan göründüyü kimi cəmi bir neçə saniyə ərzində külək şiddətlənir, göyün üzünü qara buludlar alır və gündüz zülmət gecəyə çevrilir. Möminlər axirətdə dünyanın məhz belə sürətlə qaranlığa qərq olacağını deyirlər.
Ekspertlərin fikrincə, belə bir təbiət hadisəsi böyük şəhərlərdə baş verərsə, xilasedicilər reaksiya verməyə macal tapmayacaqlar. İtkilər isə yüz minlərlə hesablanacaq.
Alimlər bildirirlər ki, əvvəllər belə qasırğalar qeydə alınmayıb. Onların fikrincə, bu hadisə qlobal istiləşmənin nəticəsidir və onların sayı getdikcə artacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub