Rusiyanın Sankt-Peterburq şəhərində tragikomik hadisə baş verib.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, 26 yaşlı gənc Sankt-Peterburq Aqrar Universitetinə gələrək, özü ilə gətirdiyi tapançanı çıxarıb və 22 yaşlı tələbə qızı qolundan tutaraq auditoriyadan çıxarlb.
Oğlan küçədə saxladığı “Toyota” avtomobilinə qaçırdığı qızı oturtduqdan sonra hadisənin ən maraqlı bölümü başlayıb. Bura qədər bütün düşündüklərini etmiş gənc bundan sonra nə edəcəyinə qərar verə bilməyib. Evdə valideynləri ilə birlikdə yaşadığından və ayrıca mənzil tutmağa pulu olmadığından, gənc qızı maşında gəzdirməyə qərar verib.
Sankt-Peterburq küçələrində bu zorən gəzinti düz 18 saat davam edib. Polis cütlüyü noyabrın 13-də səhər saat 4-də saxlayıb. Mənbənin bildirdiyinə görə, tələbə qız üçün bu “gəzinti” ömrünün ən arzuolunmaz “ekskursiya”sına çevrilib. Saxlanılmış gənc şübhəli şəxs qismində polis bölməsinə çatdırılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub