Vinnitsa şəhərinin gənc sakini əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evlənib.
Mynews.az bildirir ki, bu barədə "Ukrainskiye Vesti" qəzeti məlumat yayıb. Ukrayna qanunlarına görə, əlil, yaşlı, ümumiyyətlə himayəsində ciddi qayğıya ehtiyac olan insanlar varsa, bu zaman kişi hərbi qulluğa çağırılmır.
Hərbi komissarlıqdan qəzetə bildirilib ki, 22 yaşlı Aleksandr çağırış vərəqəsini 25 oktyabrda alıb və artıq 6 gün sonra komissarlığa nikah haqqında qeydiyyat şəhadətnaməsi təqdim edib.
"Ata çağırışçını hərbi komissarlığa gətirərək, dedi ki, o, orduya getməyəcək, çünki evlidir və onun xanımı birinci qrup əlildir", - hərbi komissar Aleksandr Danilyuk təəccübünü gizlətmir.
Məlumat üçün onu da qeyd edək ki, gəncin evləndiyi Zina adlı qoca qadın onun ata tərəfdən nənəsinin bacısıdır.
Hüquqşünasların sözlərinə görə, himayəni rəsmiləşdirmək təcrübəsi indi Ukraynada geniş yayılıb.
Hərçənd nikah qeydə alınıb, hərbçilər qərardan məhkəməyə şikayət etməyə hazırlaşırlar. Hərbi komissarlıqda ironiya ilə həmçinin qeyd ediblər ki, Aleksandr arvadının sağlamlığına ciddi fikir verməlidir ki, o, ən azı beş il yaşasın. Çünki gənc 27 yaşa qədər hərbi xidmətə çağırılacaq. (publika.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub