Danimarka hökuməti terrorçulara işsizliyə görə müavinət verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hökumət İŞİD terror təşkilatına qatılan 145 vətəndaşından bəzilərinə 4 il müddətində işsizliyə görə müavinət verdiyi ortaya çıxıb.
Danimarkanın əmək naziri Troels Lund Poulsen keçən il Danimarka mətbuatında yer alan "İŞİD-ə qatılan danimarkalılar işsizlik maaşı alır" xəbərini təsdiqləyib.
Məlumata görə, İŞİD-ə qatılan 145 Danimarka vətəndaşından konkret olaraq 29-nun işsizliyə görə müavinət aldığı müəyyən edilib.
Nazir hadisəni “böyük qalmaqal” adlandırıb. İŞİD-ə qatılan danimarkalıların aldığı maaşın ümumi məbləğinin 85 min avroya çatdığı təxmin edilir.
Baş nazir Lars Lokk Rasmussen isə terrorçulara bu cür ödənişlərin edilməməsi üçün qanunveriçilikdə tənzimləmələrin ediləcəyini bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub