Zəif cins kimi tanınan qadınlar əslində deyildiyi qədər də zəif deyil. Bəzən kişilərin cəsarət etmədiyi hərəkətləri məhz qadınlardan görürük.
Aşağıdakı fotolarda məhz qadınların dövlət (polis-ordu) zorakılığına qarşı duruşlarını görəcəksiniz. Bu fotolarda zorakılıqdan çəkindirməyə cəhdlər də var, zorakılığa meydan oxuyanlar da. Bizimyol.biz qadınların gücünü göstərən 12 təsirli fotonu təqdim edir:
1. 1973-cü il. Santyaqo, Çili. Hərbi çevrilişə qarşı etiraz aksiyasının iştirakçısı.

2. 2015-ci il. Seul, Cənubi Koreya. Hökumətin siyasətinə etiraz edənləri qorumaq istəyən nənə polis qüvvələrinin yolunu kəsib.

3. 2013-cü il. Bolqarıstan. Polis qüvvələrini zor tətbiq etməkdən çəkindirməyə çalışan qız.

4. 1967-ci il. Pentaqon yaxınlığında Vyetnam müharibəsinə qarşı etiraz aksiyası. Ceyn Rouz Kesmir hökumət qüvvələrini çiçəklə qarşılayır.

5. 1969-cu il. Şimali İrlandiya. Balaca qız qorxusuz nəzərlərlə patrul xidməti həyata keçirən əsgərə baxır.

6. 2016-cı il. Luiziana ştatı, ABŞ. Yerli qaradərili Elton Sterlinq polis tərəfindən öldürüldükdən sonra keçirilən etiraz aksiyalarından biri. Cəsarətli duruşu ilə polis qüvvələrinə meydan oxiyan İeşia Evans adlı qadının həbs anı.

7. Təl-Əviv, İsrail. Polisin qəddarlığına qarşı keçirilən etiraz aksiyasının iştirakçısı olan qız və polis əməkdaşı.

8. 2014. İstanbul, Türkiyə. Bünövrəsi torpağa batmış binadan sakinlərin köçürülməsinə qarşı etiraz aksiyasında qız polis qüvvələrinin qarşısında rəqs edir.

9. 1981-ci il. Aparteidə (irqi ayrı-seçkilik siyasətinə) etiraz edən qadın polisin qulağına bağırır.

10. 21 sentyabr, 2016-cı il. Şimali Karolina ştatı, ABŞ. Qaradərili vətəndaşın polis tərəfindən öldürülməsinə qarşı etiraz aksiyalarından biri.

11. Oktyabr, 2013-cü il. Nyu-Bransuik, Kanada. Şist qazının hasilatına qarşı etiraz aksiyası. Qadın polisləri zor tətbiqindən çəkinməyə çağırır.

12. May, 2015. Skopye, Makedoniya. Qız polisin sipəri qarşısında dodağına pomada vurur və sonra sipəri öpür.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub